сочинение на тему"Menim vetenim"
на Азербайджанском
помогите пожалуйста
сочинение нужно на Азербайджанском написать
заранее спасибо
кто ответит отблагодарю
ставлю 50 б
Ответы
Ответ:
Mənim vətənim mavi Xəzəri, ağbaşlı Kəpəz zirvəsi, incə, zümrüd Araz vadisi, hüdüdsuz düzənlikləri, eninə uzanan həmişə yaşıl meşələri, ən gözəl mirvari gözlü Goygölü olan Azərbaycandır.Təbiət öz nemətlərini bu torpağa əsirğəmədən vermişdir.Bu gün Bakının neft mədənləri bütün dünyada məşhurdur. Azərbaycan nefti emal edərək ondan dərmandan tutmuş yanacağa qədər yüzlərlə qiymətli məhsul alır.
Azərbaycanda il boyu parlaq günəş şəfəqləri olur , bu torpaq dünyanın bütün nemətlərini yetişdirir və burada yaşayan xalq əməksevər, qonaqpərvər və istiqan xalqdır.
Ana vətən gözəldir! Heyranedici dəbdəbəli arxitektura abidələri öz gözəlliyi ilə adamı heyrətə salır. Paytaxtımız Bakı ən gözəl şəhərlərdən biri kimi, inkişaf edir və şəhərdə yeni gözəl tikililər dayanmadan inşa edilir.
İbrətamiz keçmişinə diqqət yetirəndə, şan-şərəfli bu gününə və parlaq gələcəyinə baxanda Azərbaycanı sevməyə bilməzsiniz. Vətənim haqqında danışanda mən sevinc və fəxr hissi keçirirəm və gələcəkdə doğma Azərbaycanımın parlaq gələcəyi və çiçəklənməsi üçün var gücümlə çalışacağam.